Vilayət Əliyev: “Ölkəmiz müstəqilliyin zirvəsində və etibarlı əllərdədir” - MÜSAHİBƏ

Vilayət Əliyev: “Ölkəmiz müstəqilliyin zirvəsində və etibarlı əllərdədir” - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vilayət Əliyevin Səs TV-yə müsahibəsi


- Vilayət müəllim, Azərbaycanın müstəqilliyinin əldə edilməsi, təbii prosesin, yoxsa ümumxalq mübarizəsinin nəticəsi idi?

- 20 il tarix üçün elə də böyük mərhələ deyil. Amma Azərbaycanın bu 20 ildə keçdiyi yol bəlkə də 100 illik bir tarixi olan dövlətin keçdiyi yoldan daha önəmlidir. Müstəqilliyimizin qazanılmasında sizin dediyiniz hər iki faktoru qeyd etmək olar. Həmin dövrdə sovet imperiyası "çürümüşdü", yəni dağılmaq ərəfəsində idi. Belə bir zamanda imperiyadan qopan hər bir dövlət öz müstəqilliyini, hüququnu tələb etməyə haqlı idi. Həmin müddətdə Azərbaycanda xaos, anarxiya hökm sürürdü. Bu özbaşınalıq yaxşı mənada xalqın xeyrinə idi və müstəqillik üçün bir zəmin yaradırdı. Xalq azadlığı üçün bir yumruq kimi birləşmişdi. Daha sonralar müstəqillik əldə edildikdən sonra, artıq bəzi qüvvələr öz maraqlarının eşqinə düşmüşdü. Belə bir dövrdə Azərbaycan xalqı, öndə gedən ziyalılar başa düşürdü ki, ölkəni parçalanmaq təhlükəsindən azad etmək, müstəqilliyi qoruyub saxlamaq üçün bir liderə ehtiyac var idi və bu şəxsiyyət Heydər Əliyev idi. Ulu öndər Azərbaycanda yenidən hakimiyyətə gəldi, xalqı bəladan, ölkəni isə parçalanmaqdan xilas etdi. Ölkəmiz müstəqilliyin zirvəsində və etibarlı əllərdədir. Hesab edirəm ki, müstəqilliyimizin bərpası həm tarixi zərurət idi, həm də Heydər Əliyev şəxsiyyətinin Azərbaycana gəlməsi və xalq rəhbərlik etməsi ilə bağlı idi.

- "Müstəqilliyi qoruyub saxlamaq, onu əldə etməkdən daha çətindir". Ulu öndər Heydər Əliyevin bu tarixi fikri 1990-93-cü illərdə ölkədə baş verən anarxiya, xaos və müstəqilliyin itirilməsi təhlükəsinin yaranması ilə əsaslı olduğunu demək olar?

- Əgər ulu öndər xalqın harayına səs verib hakimiyyətə gəlməsəydi, çətin anlarda öz sözünü deməsəydi Azərbaycan adlı bir məmləkət olmayacaqdı. Dahi şəxsiyyət hər zaman vurğulayırdı ki, müstəqil olmaq hələ o demək deyil ki, biz dövlətimizi qurmuşuq.

- Ümummilli liderin qurucusu olduğu Azərbaycan dövlətinin daha da irəliyə aparılması istiqamətində ölkə prezidenti İlham Əliyevin səylərini, məqsədyönlü siyasətini necə dəyərləndirirsiniz?

- Heydər Əliyev Azərbaycan dövlətini qurdu. Elə bir dövlət yaradıb, möhtəşəm proqram hazırlayıb ki, bu gün belə ondan faydalanır, ölkə onunla inkişaf edir. Özündən sonra Azərbaycanı əmanətli əllərə tapşırıb getdi. Bu isə onun ən çox inandığı, etibar etdiyi insanlardan biri İlham Əliyev oldu. Bu gün biz xoşbəxtik ki, ötən illər ərzində Azərbaycan dövlətinin başında, partiyanın rəhbərliyində İlham Əliyev dayanıb və öz sözünü deyir. Bir sözlə prezident İlham Əliyev böyük öndərin ideyalarını layiqli şəkildə davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə