Vaşinqtonda keçirilən Türk Festivalında Azərbaycan təmsil olunub-FOTOSESSİYA
Türk Festivalı hər il Ağ Evin qarşısında keçirilir və festivalın arxa hissəsində ABŞ Konqresinin gözəl mənzərəsi canlanır. 2003-ci ildən bəri keçirilən Türk Festivalı (www.turkishfestival.org) ABŞ paytaxtının ən geniş etnik festivallarından biridir. Festival türk mədəniyyəti haqqında geniş məlumat verir və onun rolunu Yaxın Şərq, Qafqaz, Balkan və Mərkəzi Asiya mədəniyyətlərini birləşdirən körpü kimi vurğulayır. Tədbir zamanı türk mətbəxinin dadlı yeməkləri təqdim olunur və türk bazarını əks etdirən nümayişlər göstərilir. Bu il 2 oktyabr 2011-ci il tarixində keçirilən 9-cu festivalda 20,000-dən artıq ziyarətçi iştirak edib. ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankara bu il qardaşlaşmış şəhərlər olması tədbir zamanı qeyd olunub.
Hər il olduğu kimi bu il də tədbirdə Azərbaycanı təmsil edən Qarabağ Fondunun sərgi masası və mədəniyyət proqramı müxtəlif yaş qrupları və böyük sayda ziyarətçilərin marağına səbəb oldu. Qarabağ Fondunun stendinə yaxınlaşan sərgi iştirakçılarına Azərbaycan haqqında məlumat bukletləri və tanınıtım materialları paylanıb. Fondun əməkdaşları və könüllüləri Azərbaycan milli rəqs nümunələri, ləziz yeməklər və sənət işləri sərgiləyərək amerikalıları heyran ediblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB