Bakıda Dənizkənarı Milli Parkda sahildən Xəzər dənizinə doğru, köhnə "Sadko" kafesinin yerləşdiyi ərazidə möhtəşəm estakada tikilir. SİA-nın məlumatına görə, sahildən dənizə doğru uzunluğu 555 metr, eni 22 metr, dəniz səviyyəsindən hündürlüyü 2,4 metr və ümumi sahəsi 34673 m² olan estakada quraşdırılıb istifadəyə veriləcək. Tikintisini yerli "ADO-G" Şirkətlər Qrupu tərəfindən həyata keçirilən yeni layihədə bakılıların sevimli istirahət yeri olan "Sadko" kafesi də yeni görkəm alaraq istirahəti sevən sakinlərin ixtiyarına veriləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi rəisinin müavini Nazim Məcidov bərpa olunacaq kafenin adının da dəyişdiriləcəyinin nəzərdə tutulduğunu bildirdi. Kafenin kənarlarında estakada ilə bərabər səkkiz çıxıntı olacaq ki, hazırda ərazidə bu istiqamətdə intensiv iş gedir.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB