\"AS\" qəzeti: \"Florentino Peres Zinəddin Zidanı \"Real\"ın sükanı arxasına gətirir!\"

\"AS\" qəzeti: \"Florentino Peres Zinəddin Zidanı \"Real\"ın sükanı arxasına gətirir!\"
İspaniya mətbuatı, Madrid \"Real\"ının baş məşqçisi Joze Maurinyonu \"Persona Non Qrata\" elan etməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibi olan \"Barselona\" ilə müqayisədə uğursuz seriyasını davam etdirən kral klubunun portuqaliyalı baş məşqçisi, mətbuatın hədəfindən yayınmır. \"AS\" qəzeti yazır ki, kral klubunun rəhbərliyi, əvvəlki kimi portuqaliyalı baş məşqçini cani-dildən müdafiə etməkdən çox uzaqdır. Xüsusi ilə keçən mövsüm İspaniya Kubokundan başqa heç bir uğur qazana bilməyən \"Real\"ın, ciddi dəyişikliklər mərhələsində olduğunu yazan \"AS\" iddia edir ki, \"Real\"ın prezidenti Florentino Peres, J.Maurinyonun yerinə hazırkı idman direktoru olan Zinəddin Zidanı təyin etməyi düşünür. Hələ bir müddət əvvəl də Z.Zidanın \"Real\"a baş məşqçi postuna gətiriləcəyini iddia edən İspaniya mətbuatı, yenidən bu məsələni gündəmə gətirir. Amma bizlərdə bir atalar sözü var: \"Od olmasa, tüstü çıxmaz!\"

Bütün xəbərlər Facebook səhifəmizdə