Hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə sabah arabir yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 14-18 dərəcə isti təşkil edəcək.


Tibbi-meteoroloji proqnoza gəlincə yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə