Bu gün Azərbaycan Milli Məclisində "Demokratiya və vətəndaşların seçki hüquqları" mövzusunda beynəlxalq müşahidəçilər üçün seminar başlayıb.Seminarda MDB ölkələrinin seçki məsələləri üzrə ekspertləri və deputatlar iştirak edirlər. Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov qonaqları MM sədri Oqtay Əsədovun adından salamlayaraq, seminarın işinə uğurlar arzulayıb. Z. Əsgərov seminarın mövzusunun aktual bir məsələyə həsr olunduğunu vurğulayıb: "Azərbaycan müstəqil olduqdan sonra əsas məqsədlərimizdən biri demokratik seçki ənənələrinin formalaşdırılması idi. 1993-cü ildən bu yana Azərbaycanın demokratik seçki ənənəsi formalaşmağa başladı. Hazırda Azərbaycanda tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi yaranıb. Azərbaycanda 4 prezident, 4 parlament, 4 referendum və 3 bələdiyyə seçkisi keçirilib. Bu illərdə Azərbaycan xalqı seçki mədəniyyətini kifayət qədər mənimsəyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB