Bakıda kiber cinayətkarlıqla mübarizə mövzusunda konfrans keçiriləcək
Oktyabrın 6-7-də Bakıda "Kiber cinayətkarlıqla mübarizə: bir çox sahələri əhatə edən kiber təhlükəsizliyin əsas vəzifəsi" mövzusunda konfrans keçiriləcək.
SİA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə baş tutacaq konfransda kiber cinayətkarlıq hallarının məhkəmə təqibi zamanı istifadə olunan hüquqi əsaslar, bu məsələyə dair beynəlxalq konvensiyalar, standartlar, cinayət və prosessual qanunvericilik sahəsində ən yaxşı təcrübələr müzakirə olunacaq.
Tədbirdə Azərbaycanın müvafiq dövlət orqanlarının və internet-provayderlərin, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər iştirak edəcəklər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB