Qazax rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün "Aqrar iqtisadiyyat" mövzusunda treninq keçirilib. İqtisadi İnkişaf Nazirlinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları, eləcə də Qazax rayonunda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak ediblər.
Treninqdə aqrar-sənaye kompleksinin tərkib hissələri, təsərrüfatçılığın yeni formaları, kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf istiqamətləri, yüksək keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB