Gəncədə prokurorlar peşə bayramlarını qeyd ediblər - FOTO

Gəncədə prokurorlar peşə bayramlarını qeyd ediblər - FOTO

Gəncədə prokurorluq orqanlarının yaradılmasının 93 illiyi qeyd olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər Prokurorluğunda bu münasibətlə geniş tədbir keçirilib.

Tədbirdə şəhər prokurorluğunun rəsmiləri və digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.

Bildirilib ki, Azərbaycanda prokurorluq orqanları ilk müstəqillik dönəmində 1918-ci ilin oktyabr ayının 1-də təsis edilib. Ölkəmiz ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ilin bu tarixi Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı kimi təsis edilib.

Vurğulanıb ki, prezident İlham Əliyev tərəfindən bu sahədə çalışan şəxslərə xüsusi diqqət və qayğı göstərilir. Prokurorluq orqanlarının maddi-texniki bazası yaxşılaşdırılır, burada çalışan kadrların sosial problemləri həll edilir.

Tədbirdə xidmətdə fərqlənən bir qrup prokurorluq əməkdaşına təşəkkürnamə və müxtəlif hədiyyələr verilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə