Səhər saatlarından paytaxtda yağan leysan xarakterli yağış bir
daha sübut etdi ki, şəhər yağıntıya, ümumiyyətlə qışa hazır deyil. Oxşar
problemlər hər il qar yağanda da özünü göstərir.
Bu cür yağıntı bir neçə gün davam edərsə, paytaxtda
vəziyyətin tamamilə iflic ola biləcəyini təsəvvür etmək o qədər də çətin deyil.
Kanalizasiya sisteminin işləməməsi və bu
istiqamətdə heç bir tədbirin görülməməsi isə təəccüb doğurmaya bilmir. "Azərsu" SC-dən verilən məlumata görə, paytaxtda
ümumi uzunluğu təxminən 1300
km.-ə yaxın olan yağış kanalizasiya kollektoru şəbəkəsi
əsasən, şəhərin mərkəzi hissəsini əhatə edir. Onların yeniləşdirilməsi üçün
ümumi uzunluğu 200 km-ə qədər olan müxtəlif diametrli yeni yağış kanalizasiya
kollektorları tikilməlidir. Bu işlərin görülməsi üçün isə 84 milyon manat
vəsait tələb olunur.
Qurumdan o da bildirildi ki, paytaxtın
kanalizasiya sisteminin əsas problemlərindən biri şəhər ərazisinin 30%-nin
kanalizasiya sisteminin olmaması, regional ötürücü nasos stansiyalarının
istismar müddətlərinin keçməsi ilə əlaqədar məhsuldarlığının azalması,
yağış kanalizasiyası ilə təsərrüfat-məişət kanalizasiyasının bir-biri ilə
əlaqəli olması, təmizləyici qurğuların məhsuldarlığının az olmasıdır.
Ekspertlər isə hesab edir ki, şəhərdə kanalizasiya
problemini qeyri-qanuni yaşayış sahələri yaradır. Səbəb son illər salınmış
qəsəbələrin kanalizasiya xətti düzgün hesablanmaması göstərilir. Bəzi
ərazilərdə isə tamamilə kanalizasiya sistemi yoxdur. Şəhərin kənar hissələrində
gölməçələr bu üzdən yaranır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə
bildirildi ki, şəhərdə məişət tullantıları ilə bərabər yağış sularını aparan xüsusi
xətlərin qurulması vacibdir ki, bu kimi problemlər olmasın. Bu normativ aktların
Bakı şəhərinin Baş planını hazırlayarkən nəzərdə tutulub. Ancaq hazırda mövcud
deyil. Həmin xətlər vasitəsi ilə yağıntı suları şəhərin relyefindən asılı olaraq
müxtəlif zonalara, dənizə, çaylara axıdılmalı idi. Bakının mərkəzində olan, yağıntı
sularını axıtmaq üçün nəzərdə tutulan kanalizasiya xətləri də işləməlidir.
Ancaq şəhərin mərkəzi hissələrində əksər yollar yenidən təmir olunub. Bu zaman
suyun axıdılması üçün yerlər nəzərə alınmayıb. Dəfələrlə bunlar vurğulansa da,
hələ də aparılan təmir işlərində bu məsələlər öz əksini tapmayıb".
Bəzi mütəxəssislər isə hesab edir ki, Bakının çox
hissəsi sularına qərq olmasının səbəbi küləklər şəhəri olan Bakında küləyin, qumun,
torpağın "lük"lara doldurmasıdır ki, bu da yağışın axıdılmasına mane olur.
Qusurlar sırasında Bakının vahid kanalizasiya sisteminin olmaması, avtomobil
yolları, körpülərin, hündürmərtəbəli binaların tikilişi zamanı ərazinin
kanalizasiya sistemlərinin imkanları nəzərə alınmaması da göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB