Azərbaycan, Rusiya və Qazaxıstanın müvafiq qurumları Xəzərdə təlim keçirib - FOTOSESSİYA
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvə və vasitələri Rusiya və Qazaxıstanın müvafiq qurumları ilə birgə Xəzər dənizində \"Xəzər-2011\" beynəlxalq kompleks təlimini keçirib.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 29-30-da Xəzər dənizinin şimal hissəsində, \"Lukoil\" şirkətinin Yuri Korçagin adına neftçıxarma platforması rayonunda keçirilən təlimin ssenarisinə əsasən stasionar neftçıxarma platformasının ərazisində tankerin naməlum gəmi ilə şərti toqquşması baş verib. Nəticədə yaranmış fövqəladə halların nəticələrinin aradan qaldırılmasına Azərbaycan, Rusiya və Qazaxıstanın aidiyyəti qurumlarının və xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Tədbirdə FHN-in rəhbər heyəti, əməliyyat qrupu, axtarış-xilasetmə qrupu, rabitə vasitələri, \"Vixr\" yanğınsöndürmə gəmisi, qəza qrupu, və \"BE-200 ÇS\" amfibiya təyyarəsi iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB