Ombudsman beynəlxalq ekspertlə uşaq hüquqlarını müzakirə edib

Ombudsman beynəlxalq ekspertlə uşaq hüquqlarını müzakirə edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ABŞ-ın Children Uniting Nations təşkilatının rəhbəri Daphna Edvards Ziman ilə görüşüb.SİA-nın xəbərinə görə, görüşdə E.Süleymanova Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib, uşaq hüquqlarının müdafiəsi, təmini və təbliğinə də böyük diqqət yetirildiyini, YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə sıx, qarşılıqlı əlaqələrin qurulduğunu vurğulayıbr. Təsisatda əhalinin müxtəlif qrupları üzrə ixtisaslaşmış müşavirlər institutunun yaradıldığı, Müvəkkilin uşaq hüquqları üzrə də müşavirinin fəaliyyət göstərdiyi vurğulanıb. Ombudsmanın dörd regional mərkəzinin yerlərdə insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi üzrə geniş hüquqi maarifləndirmə işi apardığı, bu mərkəzlərin əməkdaşlarından birinin Müvəkkilin uşaq hüquqları üzrə müşaviri təyin edildiyi bildirilib. Uşaq Hüquqları Konvensiyasının implementasiyası ilə bağlı müstəqil monitorinqin keçirilməsi üzrə Müvəkkilin fəaliyyəti, təsisatda uşaq hüquqları ilə bağlı yaradılan qaynar xətt barədə məlumat verilib.

D.E.Ziman təmsil etdiyi ölkədə uşaq müəssisələrindəki uşaqların hüquqlarının müdafiəsi sahəsində vəziyyət, görülən işlər barədə danışıb. O, Azərbaycandakı uşaq təşkilatlarının fəaliyyəti ilə maraqlandığını diqqətə çatdırıb. Qonaq uşaq hüquqları barədə yazdığı "Gray Zone" kitabını Müvəkkilə təqdim edib.

Görüş səmərəli fikir və təcrübə mübadiləsi şəraitində başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə