İnsanlar yağış hayında, taksi sürücüləri pul hayında

İnsanlar yağış hayında, taksi sürücüləri pul hayında
Paytaxtda səhər saatlarından yağan yağışın hərəkəti iflic vəziyyətə salması yol kənarlarında dayanan taksiləri əməlli-başlı sevindirib. SİA-nın məlumatına görə, \"Sahil\" metrosu yaxınlığında apardığımız müşahidələr zamanı qəribə bir mənzərə ilə üzləşdik. Yağışlar taksi sürücülərini fəaliyyətə gətirib. Belə ki, insanlar gölməçəyə girməmək üçün taksilərə 1 manat verərək səkinin bir üzündən digərinə keçirlər.

Qeyd edək ki, sinoptiklər isə Bakıya yağan güclü yağışların sabah günorta saatlarına qədər davam edəcəyini proqnozlaşdırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı iqlim normasından çox olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə