Bakıda güclü külək əsəcək, bölgələrdə isə leysan gözlənilir

Bakıda güclü külək əsəcək, bölgələrdə isə leysan gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-nın aldığı məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında yağış yağacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəscək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə