Küçə uşaqları təhsilə cəlb olunacaq

Küçə uşaqları təhsilə cəlb olunacaq
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin SİA-ya verdiyi məlumata görə,
Azərbaycan və Gürcüstanda təhsildən kənarda qalan uşaqların təhsilə cəlb olunması məqsədilə layihə hazırlanıb: "Layihə çərçivəsində təhsildən kənar qalan uşaqlar üçün xüsusi kurikulum hazırlanıb və müəllimlər təkmilləşdirilib. Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərindən 45 uşaq təhsilə cəlb ediləcək. Layihənin məqsədi uşaqlara həyat bacarığı, ana dili, ədəbiyyat və riyaziyyat dərslərinin sadələşmiş formada tədris etməkdir. Beynəlxalq layihənin davamı Gürcüstanın Tbilisi, Telavi şəhərlərində də reallaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə