Əhalinin yaşlanması və ahılların vəziyyəti müzakirə edilib

Əhalinin yaşlanması və ahılların vəziyyəti müzakirə edilib
Bu gün Ombudsman Aparatında 1 oktyabr Beynəlxalq ahıllar günü münasibəti ilə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, "Əhalinin yaşlanması və ahılların vəziyyəti: vəzifələr, perspektivlər adlı tədbir həmçinin BMT-nin Baş Məclisinin Əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planının 10-cu ildönümünə həsr olunub. Toplantıda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev və bu sahə üzrə digər dövlət rəsmiləri iştirak ediblər. Dəyirmi masada əhalinin yaşlanması sahəsində mövcud problemlərin həlli, yoxsulluğun azaldılması, ahılların sağlamlıq hüququnun təmin olunması və digər problemləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə