Müsabiqə qalibləri mükafatlandırıldı

Müsabiqə qalibləri mükafatlandırıldı

Bu gün "İRƏLİ" İctimai Birliyində "De-institusionalizasiya sahəsində əldə edilən nnailiyyətlər və mövcud çətinliklər" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən layinənin rəhbəri Sevinc Sultanova həyata keçirilən tədbir barəsində qonaqlara ətraflı məlumat verilib. O bildirib ki, "De-institutlaşma" uşaqların internatlara verilməsinin qarşısının alınması və ya internatlarda təhsil alan uşaqların ailələrə qaytarılması və ailə mühitində böyüyərək inkişafına nail olmaqdır.

Dəyirmi masada "De-institusionalizasiya ilə bağlı ictimai məlumatlılığın artırılması" De-institusionalizasiya layihəsi çərçivəsində görülən işlər, hazırlanan materiallar qonaqlara təqdim olunub, eyni zamanda isə "De-institusionalizasiya" mövzusunda çəkilən film və video çarxın nümayişi olub.

Tədbir zamanı "İRƏLİ" İB və "Dünyaya Baxış" təşkilatının avqustun 27-də "De-institusionalizasiya" mövzusunda élan etdiyi müsabiqənin nəticələri də açıqlanıb.

Müsabiqəyə təqdim olunan materiallar "İRƏLİ" İB-də yaradılan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nominasiyalar üzrə I yerin qaliblərinə pul mükafatı verilib. 10 nominasiyanın hər biri isə 100 AZN məbləğində mükafatla təltif olunub.

Müsabiqə qalibləri aşağıdakı nominasiyalar üzrə mükafatlandırılıb:

1) Ən yaxşı TV xəbəri

2) Ən yaxşı radio proqramı

3) Ən yaxşı qəzet məqaləsi

4) Ən yaxşı elektron xəbər

5) Ən yaxşı jurnal məqaləsi

6) Ən yaxşı bloq yazısı

7) Ən yaxşı sosial şəbəkə yazısı

8) Ən yaxşı foto

9) Ən yaxşı təqdimat

10) Ən yaxşı video çarx

Qeyd edək ki, layihə "İrəli" İctimai Birliyi və "Dünyaya Baxış" təşkilatı tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə