Səftər Rəhimli: “Urmiya gölünün qurudulması Tehran rejimi tərəfindən məqsədli şəkildə aparılan siyasətdir”
Dünya Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü, Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimlinin Səs TV-yə müsahibəsi
- Səftər müəllim, son vaxtlar İranın "Səhər" telekanalının Azərbaycanın daxili işlərinə qarışan əsassız informasiyalar yaymasını İran hakimiyyətinin mövqeyi saymaq olarmı?
- Bu telekanalın Azərbaycan, eləcə də dövlətçiliyimiz əleyhinə təbliğat aparması yeni bir şey deyil. Təkcə "Səhər" deyil, "İran", "Aran", "Araz" telekanalları və radioları davamlı olaraq Azərbaycan dövlətçiliyinin əleyhinə təbliğat işləri aparmaqla, fars şovinizmi siyasətini yeritməklə məşğuldur. Biz də qurum olaraq bu anti-təbliğat işlərinin dayandırılması ilə bağlı müraciət etmişdik. Sevindirici haldır ki, dövlətimizin ən üst düzeyində təmsil olunan şəxslər tərəfindən artıq bu məsələyə münasibət bildirilib.
- YUNESKO-nun mədəni-irs siyahısına daxil olan Urmiya gölünün qurudulması ilə azərbaycanlılara qarşı tutulan qeyri-ənənəvi metodların davam etdirildiyini demək olarmı?
- Tehran rejiminin ömrü azaldıqca, xüsusilə azərbaycanlılara qarşı müxtəlif vasitələrdən istifadə edərək onların milli enerjisini müxtəlif istiqamətlərə yönəltməyə çalışır. Urmiya gölünün problemi təəssüf ki, Azərbaycan mətbuatında o qədər də işıqlandırılmadı. Bu gölün ətrafında 15 milyon azəri türkü yaşayır. Bu göldə milyardlarla ton duz yataqları var. Bu göl quruyarsa, bir toz dumanı bütövlükdə Təbriz də başda olmaqla Azərbaycanın tarixi ərazilərini bürüyəcək. Bu o deməkdir ki, bütün bitki örtüyü, meşə zolaqları, yaşayış məskənləri məhv ediləcək. İnsanlarımız məcburi köçə məruz qalacaqlar. Baş verə biləcək duz tufanları eyni zamanda Naxçıvana, Türkiyənin Qars və İğdır vilayətlərinə qədər gedib çıxa biləcək. Gölün qurudulması siyasəti hələ İranın keçmiş prezidenti Rəvsancaninin dönəmində başlayıb. Həmin dövrdə Urmiya gölünə yaxın ərazilərdə, farsların daha sıx yaşadığı bölgələri abadlaşdırmaq məqsədilə gölə tökülən iki ən böyük çayın qarşısını kəsib bəndlər inşa etdilər. Həmin çaya tökülən kiçik çayların, bulaqların da məcralarını da həmin bəndlərə yönəltdilər. Artıq 11 ildir ki, göl qurumağa doğru gedir. Bu ətrafda yaşan insanlar öz qazanclarını da bu göl vasitəsi ilə əldə edirdilər. Yəni bura gəzməyə gələn insanlara evlərini icarəyə verirdilər, turizm üçün əlverişli şərait mövcuddur. Bir sözlə bu, Tehran rejimi tərəfindən məqsədli şəkildə aparılan siyasətdir. Milli enerjinin mənbəyi olan Urmiya gölünün ətrafında yaşan azərbaycanlıların başını nə iləsə qatmaq lazımdır. Onların enerjisini hədəfə doğru deyil, daxilə yönəltmək lazımdır və köç edərkən başları özlərinə qarışacaq.
- Ermənistan-İran yaxınlaşması Tehranın istəyi ilə həyata keçirilir. Molla rejiminin terrorçu dövlətlə işbirliyinin pərdə arxası məqamları nə ilə bağlıdır?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB