Bugün Sumqayıt şəhər Gənclər və İdman baş İdarəsi və şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Gənclərin VI konfransı keçirilib. SİA-nın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin rəsmilərinin, Qeyri-hökumət təşkilatı nümayəndələrinin (QHT) , şəhər ziyalılarının və rəhbər strukturlarının qatıldığı tədbiri giriş nitqi ilə açan Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov çıxış edərək Sumqayıt gənclərinin V konfransına şəhərimizin 179 müxtəlif idarə, müəssisə və təşkilatlarında çalışan, habelə ali və orta ixtisas məktəblərində təhsil alan gənclərdən nümayəndələrin seçildiyini bildirib. O, nümayəndələrin 311 nəfərinin qadın, 255 nəfərinin isə kişilər təşkil etdiyini söyləyib. Musa Həsənov çıxışı zamanı həmçinin bu konfransın oktyabrda keçiriləcək Sumqayıt Gənclərinin forumuna hazırlıq məqsədi daşıdığını deyib. Onun sözlərinə görə, Azərbaycan gəncliyi əvvəlki illərin gəncliyindən qat-qat üstün olaraq ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində beynəlxalq arenada öz sözünü deyən bir gənclikdir. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Sumqayıt şəhər İcra hakimiyyətinin müavini Sahib Quliyev isə öz çıxışlarında digər sahələrdə olduğu kimi gənclərin asudə vaxtının səmərəli təşkil olunmasında dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Hər iki müavin Azərbaycanın ucqar rayonlarında belə cənab prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Olimpiya komplekslərinin tikilib istifadəyə verilməsini buna bariz nümunə olaraq göstəriblər.
Konfransın sonunda isə cənab prezident İlham Əliyevə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB