Azərbaycanın turizm imkanlarını Dubayda təbliğ və reklam ediləcək
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubayın Turizm ve Ticarət Marketinqi nazirliyinin rəhbərliyi ilə görüş keçirib. Dünya turizm günü münasibətilə baş tutan görüş Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyi rəhbərliyinin dəvətilə baş tutub. Bu barədə SİA-ya S.İmanovun özü məlumat verib. S.İmanov nazirin təftiş və turist lisenziyalarının verilməsi məsələləri üzrə müavini Nәbil AbdullahӘhmәd və otellərə nəzarət işləri üzrə müavini Bәdr Adbullah Mәhәmmәdlә görüşüb.
Cəmiyyətin sədri Azərbaycan paytaxtında təşkil olunacaq "Evrovision" mahnı müsabiqəsilə ilə bağlı aparılan hazırlıq işləri barədə qonaqlara məlumat verib. O, Azərbaycanda artıq dünyada ən məşhur 6 yeni 5 ulduzlu otelin hazır olduğunu deyib, eyni zamanda, qış turizm imkanları barədə danışıb. S.İmanov bildirib ki, 2011-ci ildə Azərbaycana gələcək turistlərin sayı 2 milyonu keçəcək.
Ölkənin bölgələrində yeni tikilən turist-istirahət mərkəzləri və dağ-xizək sahəsindəki yeni imkanları haqda ətraflı məlumat verən cəmiyyət sədri bu imkanların Dubayda və digər əmirliklərdə təbliğ ediləcəyinə dair onlarla razılığa gəlib. Bu məqsədlə S.İmanov nazirlik rəhbərliyinə Azərbaycanın turizm potensialını əyani əks etdirən çoxlu sayda braşur, bulitenlər, Azərbaycanın qədim mədəniyyət və incəsənətini əks etdirən Arif Mustafayevin "Azərbaycanın Milli və Mədəni İrsi" kitabını, Azərbaycan rəssamlarının əsərlərindən ibarət toplusunu, "Azərbaycan xalçaları" kitabını, " Muğamın dirçəlişi" toplusunu hədiyyə edib. Eyni zamanda, nazirlik rəhbərliyinə ümummilli lider Heydər Əliyev haqqında ingilis və ərəb dillərində yazılan kitablar və Qarabağ mövzusu ilə bağlı "Erməni Terroru" və Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" kitabları və "Barış göyərçini Ermənistana nə zaman qonacaq" kitabçaları təqdim edilib. Adı çəkilən materiallar cəmiyyətə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən göndərilib.
Nazirlik rəhbərliyi görüşdən məmnun qaldıqlarını və Azərbaycanın turizm imkanlarını yüksək səviyyədə müxtəlif vasitələrlə Dubayda təbliğ və reklam edəcəklərini bildiriblər. Onlar təqdim olunan çoxsaylı maraqlı kitablara və faydalı əyani vasitələrə görə Samir İmanova öz təşəkkürlərini söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB