Söz Azadlığını Müdafiə Fondu Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. SİA-ya verilən məlumata görə fond Bakının 10 mərkəzi küçə və prospektində 442 xidmət sahəsində reklam adlarının yazılışı ilə bağlı monitorinq keçirib və paytaxt küçələrində orfoqrafiyanın pozulması ilə bağlı bir sıra neqativ hallara rast gəlinib. Belə ki, monitorinq zamanı araşdırılan reklam lövhələrinin 37%-nin ingilis, 11%-nin türk dillərində yazıldığı, 18%-də isə rus sözlərinin latın qrafikası ilə verildiyi aşkarlanıb. Araşdırmalar zamanı bir sıra küçə adlarının yazılışında da yanlışlıqlara rast gəlinib.
Fond Bakı Şəhər İcra Hakimiyyətinin yanında reklamlar və küçə adlarının yazılışında Azərbaycan dilinin qorunmasına kömək edə biləcək ictimai nəzarət komissiyasının yaradılması təklif edib: \"Hesab edirik ki, müvafiq dövlət strukturlarının, ekspertlərin, alimlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin qatılacağı komissiyanın yaradılması bu sahədəki problemlərin aradan qaldırılmasına təkan verə bilər\".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB