Vəfadar Misirov: \"Xaricdə təhsil almış məzunlar dövlət qulluğuna müsabiqədənkənar qəbul olunmalıdırlar\"

Vəfadar Misirov: \"Xaricdə təhsil almış məzunlar dövlət qulluğuna müsabiqədənkənar qəbul olunmalıdırlar\"

"65 yaşla bağlı bütün dövlət qurumlarında xeyli ixtisarlar gedir. Bütün dövlət orqanları bunu aktual məsələ kimi qarşıya qoyublar". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib. Azərbaycanda 30 minə yaxın dövlət qulluqçusunun olduğunu deyən sədr müavini onların nə qədərinin 65 yaşdan yuxarı olması ilə bağlı xəbərsiz olduğunu bildirib. V.Misirovun sözlərinə görə, 65 yaşı tamam olanların vakant yerləri boş qalmayacaq: ""Dövlət qulluğu haqqında" qanuna sonuncu edilən dəyişikliyə görə, dövlət orqanları 1 ay müddətində vakant vəzifələrlə bağlı komissiyaya məlumat verməlidirlər. Müəyyən müddətdə bu vakant yerlər bizə təqdim olunacaq və gənc kadrlar tərəfindən tutulacaq".

Daha sonra komissiya rəsmisi xaricdə təhsil alan məzunların dövlət qulluğuna imtahansız qəbul olunması məsələsinə münasibət bildirib. O qeyd edib ki, 2007-2015-ci illərdə xaricdə təhsillə bağlı Dövlət Proqramına əsasən .

"İndiyə qədər komissiyaya belə məzunlardan müraciət edənlər var. Amma onların sayı çox deyil. Xaricdə oxuyub gələn məzunlar dövlət qulluğuna o qədər də maraq göstərmirlər, daha çox başqa sahələrdə çalışırlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə