Dövlət qulluğuna yeni müsabiqə elan ediləcək

Dövlət qulluğuna yeni müsabiqə elan ediləcək

Gələn həftə Azərbaycanda dövlət qulluğuna yeni müsabiqə və müsahibə elan ediləcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov bildirib. Onun sözlərinə görə, müsabiqəyə 400-ə yaxın vakant vəzifə çıxarılacaq. Vakant vəzifələrin əksəriyyəti mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarındadır.


Komissiyanın sədr müavini deyib ki, yay aylarında vakant dövlət qulluğu üçün elan edilmiş müsahibə mərhələsi isə oktyabr ayının sonlarında yekunlaşacaq.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə