Lənkəran rayonunun Osakücə və Sinovlu kəndinin sakinləri ölkə prezidentinə minnətdarlıq edirlər - MÜRACİƏT
Ötən həftə ölkəmizin Cənub bölgəsində təbii fəlakət baş verdiyi haqda məlumat vermişdik. Hadisəni daha operativ çatdıran Səs İnformasiya Agentliyi (SİA) olaraq bu dəfə də leysanın gətirdiyi sel fəlakəti nəticəsində Lənkəranın Osakücə və Sinovlu kəndlərində yaşanan vəziyyət haqda xəbər yaydıq. Fəlakət baş verən kəndin sakini, eyni zamanda SİA-nın Cənub bölgəsinin müxbiri Bəxtiyar Hüseynovdan aldığımız məlumatları dərc etməklə aidiyyatı qurumların diqqətini məsələnin ciddiliyinə daha artıq yönəldə bildik. Növbəti xəbərdə eşitdik ki, Lənkəran Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsininvə digər qurumların əməkdaşları hadisə yerinə gedərək fəlakətin aradan qaldırılması üçün bütün imkanlarından istifadə ediblər. Nəticədə selin vurduğu fəsadlar aradan qaldırılıb. Sonrakı mərhələdə isə uçan körpülər, dağılmış yollar bərpa edilib.
Bu gün isə SİA-nın poçtuna Lənkəranın Osakücə və Sinovlu kəndinin sakinləri adından Azərbaycan Prezidentinə ünvanlanmış müraciət daxil olub:
Çox hörmətli cənab Prezident!
Biz Lənkəranın füsunkar təbiəti, qaynar bulaqlara, şəffaf ab-havaya malik Osakücə və Sinovlu kənd sakinləri daxili və xarici siyasətinizi ürəkdən bəyənir, xalqımızın rifahı, ölkəmizin tərəqqisi naminə gördüyünüz möhtəşəm işləri yüksək qiymətləndiririk və ulu öndərimizin layiqli davamçısı kimi həmişə Sizə dəstək olmağa çalışırıq.
Sentyabr ayının 18-dən 19-na keçən gecə aramsız leysan yağışları nəticəsində kəndimizdə təbii fəlakət baş verdi. Sel suları körpüləri apardı, evlərin altına doldu, ümumiyyətlə kəndimizə ciddi ziyan vurdu. Lənkəran İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gəldilər. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirdilər. Nəticədə həyətləri, evləri su basmış insanların həyatlarını xilas etdilər.
Bütün bunlar bu kəndin sakini kimi gözümün önündə baş verdi. Təbii fəlakətin nəticələri qısa vaxt ərzində ləğv edilsə də, dövlət məmurlarının humanistliyi xalqın yaddaşından silinmir. Təbii ki, bu, ilk növbədə möhtərəm Prezident, Sizin xalqa diqqət və qayğınızın bariz nümunəsidir. Yadımıza istər-istəməz Lənkəran şəhərində uçan binanın doğurduğu fəsadlar düşdü. Siz dərhal hadisə yerinə gəldiniz və zərər çəkmiş insanların kədərinə şərik oldunuz. Bu xeyirxahlıq, humanistlik davam edir. Axı xalq biləndə ki, ona diqqət və qayğı var, onda ölkəsinin tərəqqisi naminə fədakarcasına işləmək və çalışmaq kimi nəcib hiss formalaşır. Biz Osakücəlilər kənddə dövlət vəsaiti hesabına tikilən iki mərtəbəli, hər cür şəraitə malik muasir tipli orta məktəb binasını Sizin qayğınızın daha bir təzahürü hesab edirik. Eyni zamanda uzun illər idi ki, daha çox gediş-gəlişə malik olan Osakücəni dağ kəndləri ilə birləşdirən yol bərbad vəziyyətdə idi. Nə piyadalar, nə də maşınların hərəkəti üçün əlverişli deyildi. İndi həmin yolun əsaslı təmirinə başlanılıb. Bu bizi ürəkdən sevindirir. Kənddə yaşayan qəhrəman analar, əmək veteranları, ağsaqqallar, ağbirçəklər Sizə ulu Tanrıdan cansağlığı, uzun ömür diləyirlər. Artıq yaşlı nəslin numayəndələrində bir arxayınçılıq var ki, onların övladları daha ideal cəmiyyətdə, xoşbəxt gələcəkdə yaşayacaqlar. Çünki dövlətimizin sükanı etibarlı əllərdədir.
Möhtərəm Prezident!
Yaşadığımız Osakücə, Sinovli kəndlərinin sakinləri adından bir daha Sizə minnətdarlığımızı bildirir, ölkəmizin daha da çiçəklənməsi naminə uğurlar arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB