Azərbaycanla NATO arasında təlim keçiriləcək

Azərbaycanla NATO arasında təlim keçiriləcək

Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (Operational Carabilities Consept - OCC) üçün bəyan etdiyi taborunun hazırlığının qiymətləndirilməsi təlimi keçiriləcək. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Oktyabrın 7-dən 15-dək davam edəcək birinci səviyyəli özünüqiymətləndirmə təlimi yerli ekspertlərin iştirakı ilə baş tutacaq.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan hərbçiləri bununla yanaşı oktyabrın 3-dən 8-dək Bosniya və Herzoqovinanın paytaxtı Sarayevo şəhərində OCC üzrə illik işçi qrupunun görüşündə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan 2004-cü ildə bir piyada bölüyünü, OCC proqramı çərçivəsində, Qüvvələr Birliyinə elan edib. NATO Qüvvələri ilə əməliyyat uyarlılığını genişləndirməsi və NATO-nun başçılığı altında aparılan tam həcmli əməliyyatların tələblərinə hazır olmaq üçün, Azərbaycan hazırda xüsusi mobil taborun təlimini davam etdirməkdədir. 2008-ci ildə bu taborun bir bölüyü, birinci səviyyəli qiymətləndirmə prosesini müvəffəqiyyətlə başa vurub. Bölük 2010-cu ildə ikinci səviyyəli NATO qiymətləndirilməsi keçirib. 2015-ci ilin sonunadək Azərbaycan, döyüşə dəstək və döyüşə xidmət dəstəyi daxil olmaqla müvafiq briqadanın təlim və təchizatını başa çatdırmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə