Xəstəlikdən dünyasını dəyişən əsgərinin ölüm faktı ilə bağlı cinayət işi başlanıb
Azərbaycan Ordusunun xəstəlikdən dünyasını dəyişən əsgərinin ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin yaydığı xəbərə görə, əsgər Novruzov Eldar Qədir oğlunun ölüm faktı ilə bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Ordusunun səhhətində problemlər yaranmış əsgəri Novruzov Eldar Qədir oğlunun Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınan zaman Heydər Əliyev Beynəlxalq Hava Limanında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB