Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşavirini qəbul edib

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşavirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin yeni təyin olunmuş İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ombudsman tanışlıq məqsədi daşıyan görüşdə qonağı yeni təyinatı münasibətilə təbrik edib. O, BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı və bu nüfuzlu beynəlxalq qurumla və onun regional ofisi ilə səmərəli əməkdaşlığın qurulduğunu, Bakıda və regionlarda bir neçə tədbirin keçirildiyini, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin bundan sonra da genişləndirilməsində maraqlı olduğunu söyləyib. Müvəkkil təsisatının insan hüquq və azadlıqlarının müdafiəsinə və təmin olunmasına yönəlmiş fəaliyyətinin daim təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldığı vurğulayıb.

Qonaq təmsil etdiyi ofisin insan hüquqlarının təbliği istiqamətində fəaliyyət göstərildiyini diqqətə çatdırıb. O, Azərbaycan Ombudsmanının fəaliyyətinin əsas istiqamətləri ilə maraqlanıb.

Ombudsman təsisatının insan hüquqları sahəsində maarifləndirmə işinə də önəm verdiyi, bir sıra mühüm hüquqi nəşrlərin, o cümlədən 20-dən çox hüquqi ədəbiyyatın tərcümə edilərək çap olunduğu vurğulanıb. Müvəkkil qonağın təmsil etdiyi qurumla, o cümlədən regionlarda birgə hüquqi maarifləndirmə tədbirlərinin təşkilində, yeni hüquqi nəşrlərin hazırlanmasında dəstək verilməsini təklif edib.

Gələcək əməkdaşlığın prioritetlərinin müzakirə olunduğu görüşdə V.Şkolnikov Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirmiş, insan hüquqları sahəsində işin daha da təkmilləşdirilməsi ilə bağlı Müvəkkilin təkliflərinin səmərəli olduğunu, əməkdaşlığının davam etdirilməsinin, informasiya mübadiləsinin zəruriliyini söyləmiş və Müvəkkilin təkliflərinin nəzərə alınacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə