Ombudsmanın nümayəndələri Qax, Balakən və Zaqatalada müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Şəki Regional Mərkəzinin əməkdaşları insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə Qax, Balakən və Zaqatala rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qrupun üzvləri bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. Müvəqqəti saxlama təcridxanalarında saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub.
Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB