Misirin siyasi partiyaları keçiriləcək parlament seçkilərini boykot edəcəklərini bildiriblər. Onlar iddia eidrlər ki, əgər hazırda ölkəni idarə edən hərbçi hökumət seçki qanunvericiliyində dəyişikliklər etməsə bütün siyasi təşkilatlar həmin seçkini boykot etmək məcburiyyətində qalacaqlar. SİA "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə qərar Misirin 60 fəaliyyətdə olan partiyası arasında razılaşdırılıb. "Vəft" partiyasının sədri Səid əl-Bədəvi bildirib ki, onun təşkilatı qoyulan tələblərin yerinə yetirilmədiyi halda boykotu dərhal reallaşdırmaq əzmindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB