Boliviya prezidenti üzr istədi
Boliviya prezidenti Evo Morales növbəti ənənəvi mitinq zamanı xalqından üzr istəyib. CNN-ə istinadən SİA xəbər verir ki, Amazonka ərazisindən keçən avtomagistralın tikintisində polis gücləri yolu bağlamış insanlara qarşı qəddar rəftar etmişdi. Məhz bu səbəbdən Boliviyada prezident Moralesə qarşı etimadsızlıq hissləri yaranmışdı. Məhz bu səbəbdən də ölkə prezidenti xalqına müraciət edərkən demişdir: "Hakimiyyət nümayəndələrindən heç kim bu qədər qəddarlığın göstəriləcəyini heç təsəvvürünə belə gətirə bilmirdi. Heç kim bilmirdi ki, bizim qardaş və bacılarımıza qarşı hansı metodlardan istifadə edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə