\"Bakı Metropolitenində yeni stansiyaların tikintisi istiqamətində işlər davam edir. Artıq tikintisinə başlanılan \"Avtovağzal\" stansiyası çox müasir görkəmdə olacaq\". Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyevanın SİA-ya verilən məlumata görə, yeni stansiya müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin ediləcək və stansiyada zəruri infrastruktur yaradılacaq: "Stansiyada sərnişinlərin informasiya ilə təmin edilməsi üçün isə monitorlar və gündəlik xəbərlə məlumatlandırmanı təmin etmək üçün elektron tablolar qurulacaq. "Avtovağzal" stansiyası platformasının sütunsuz və yeddi vaqonluq olması nəzərdə tutulub".
N. Tarverdiyeva \"Avtovağzal\" stansiyasının tikintisi istiqamətində artıq xeyli işlər görüldüyünü də deyib: "Stansiyanın 2013 təhvil verilməsi planlaşdırılır".
Qeyd edək ki, "Avtovağzal"a gediş, keçid stansiyası olan "Cavadxan" vasitəsilə olacaq. Bu xəttin uzunluğunun 2 kilometr 200 metr olması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə