20 il ərzində demək olmaz ki, cəmiyyətimiz və əxlaqımız tam mənada düzəlib. SİA-nın xəbərinə görə, bunu bugün Azərbaycan media mərkəzində keçirilən tədbirdə "Cəmiyyət və əxlaq" mövzusunda çıxışı zamanı yazıçı, kinorejissor Rüstəm İbrahimbəyov söyləyib. O, bu problemin qarşısının alınmasında hökumətin güclü təsirə malik olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Yazıçılar birliyi idarə heyətinin üzvü, yazıçı, şair Ramiz Rövşən "Fərdi və ictimai əxlaq" mövzusunda çıxış edərək, Azərbaycanın bütün mənəvi, iqtisadi böhranının əxlaq daxilində mövcudluğundan danışıb: "Bizim əxlaqımızın böyük hissəsi içəri yox, çölə hesablanıb. Məhz bu üzdən ədəbiyyatımızın, mədəniyyətimizin bu istiqamətdə rolu hədsizdir".Sonda digər qonaqlar mövzu ətrafında maraqlı fikirlərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB