Qızlar Universitetinin lisenziyasının vaxtı uzadılacaq?

Qızlar Universitetinin lisenziyasının vaxtı uzadılacaq?
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Qızlar Universitetinin lisenziyasının vaxtı bitmək üzrədir. Sözügedən universitetlər lisenziyanın uzadılması ilə bağlı, Təhsil Nazirliyinə müraciət ediblər. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, 2011 - 2012-ci tədris ilində hər iki təhsil müəssisəsinin lisenziyasının müddətinin uzadılması ilə bağlı məsələyə baxacaq.

Qeyd edək ki, bu il artıq Qərb Universiteti və onun nəzdindəki orta məktəbin lisenziyasının müddəti uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə