Ermənilər Dədə Qorqudun Dərbənddəki qəbrini partlatmaq istəyirlər
"Dədə Qorqudun qəbrinin Dərbənddən şimalda,
qayalardan birində olması ilə bağlı ilk mənbədən məlumatımız, hətta şəkil
materialları da var. Dədə Qorqud Azərbaycan və bütün türk dünyası üçün müqəddəs şəxsiyyəti, ulusudur".
SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA Tarix İnstitutunun
direktoru Yaqub Mahmudov məlumat verib.Onun sözlərinə görə, indi iş o yerə çatıb ki, ermənilər bu müqəddəsliyə də
əl uzadırlar. Ermənilərin Dədə Qorqudun Dərbənddəki qəbri olan qayanı
partlatmaq istədiklərini deyən Y.Mahmudov vurğulayıb ki, Dədə Qorqudla bağlı
araşdırmaları daha da genişləndirmək üçün AMEA Tarix İnstitutu Dərbənddəki
konfranslara çoxlu alimlər göndərir: "Sözün əsl mənasında orada elmi döyüşlərə
çıxırlar. Biz də öz sözümüzü deməyə başlamışıq".
Y.Mahmudov qeyd edib ki, vaxtilə Dağıstan xalqlarını sürgündən Əziz Əliyev kimi böyük dövlət xadimi xilas edib: "Onun övladı olan xalq bu gün də yaşayır. Biz Dağıstanla əlaqələri daha da gücləndirəcəyik. Dədə Qorqudun qəbrinə hücum eləyənlərə biz hücum eləyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB