Əmlak Məsələləri Dövlət Komitəsində "Rabitə və telekommunikasiya sahəsində restrukturizasiya və özəlləşdirmə – Almaniya təcrübəsi" mövzusunda seminar keçirilir. Tədbir komitənin Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsinə məsul olan qurumu ilə birgə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əməkdaşlığı çərçivəsində təşkil edilib.
Seminarda iştirak edən GİZ-in layihə rəhbəri Vulf Şimider və Almaniyalı ekspert Kristof Drayer Avropa ölkələrində, o cümlədən Almaniyada rabitə və telekommunikasiya sferasında həyata keçirilən islahatlar barədə məlumat verib. Ekspertlər bu islahatlar çərçivəsində rabitə və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin restrukturizasiyası və səhmlərinin özəlləşdirilməsi təcrübəsini bölüşüblər. Bu istiqamətdə həyata keçirilən tədbirlərin, bu sahənin inkişafına iri həcmli investisiyaların cəlb edilməsinə, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə şərait yaratması mexanizmləri şərh edilib. Bununla yanaşı, özəlləşdirmə prosesinin müəssisələrin, işçilərin və investorların maraqlarının nəzərə alınmaqla təşkili qaydaları açıqlanıb.
Seminarda rabitə müəssisələrinin restrukturizasiyası və özəlləşdirilməsinə dair Avropa ölkələrində, o cümlədən Almaniyada toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.
Tədbir sonunda iştirakçılara sertifikatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB