“Metsamor” AES-lə bağlı yoxlamaların nəticələri Türkiyə, Azərbaycan və Gürcüstana elan olunmalıdır\"
"Ermənistandakı "Metsamor" AES region üçün böyük təhlükədir. Çünki bu, Avropa standartlarına uyğun gəlməyən, öz resurslarını tükətmiş bir stansiyadır, Avropa İttifaqı da dəfələrlə onun bağlanmasını tələb edib". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, Ermənistan hökuməti stansiyanın fəaliyyətini gücləndirib, hətta yeni enerji reaktorun qurulması haqqında qərar qəbul edib. M.Kərimovun sözlərinə görə, "Metsamor" AES dağlıq ərazi olduğundan orada su çatışmazlığı problemi olduğundan həmin ərazisi seysmik baxımdan təhlükəlidir.
""Metsamor" AES-lə bağlı vəziyyət Azərbaycanı çox narahat edir. Bu il müxtəlif beynəlxalq təşkilatlar "Metsamor" AES-də 10 dəfə yoxlama keçirib. Amma bu yoxlamaların nəticələri bizə təqdim olunmayıb. Bununla da şəffaflıq təmin olunmayıb. Biz Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindən tələb etmişik ki, "Metsamor" AES-lə bağlı şəffaflıq artırılmalı, yoxlamaların nəticələri Türkiyə, Azərbaycan və Gürcüstana elan olunsun, qonşu dövlətlər "Metsamor" AES-də aparılan yoxlamalarda iştirak etsin", - deyə o əlavə edib .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB