“Qafqazda ekstremizm...”

"Terror-insanlığa və ilahi dəyərlərə qarşı yönələn ən bağışlanmaz cinayətdir. Tarixi həqiqət ondan ibarətdir ki, terrorizmi və ekstremizmi yaradan amillər keçmiş sovetlər birliyinin öz vətəndaşlarına qarşı törətdiyi mənəvi və fiziki repressiyalardan qaynaqlanır". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzulu konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan konfrans Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Moskva Dövlət Linqvistik Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Onun sözlərinə görə, bu savaşın mahiyyəti-yanlış, əməli-faciə, nəticəsi-günahsız qurbanlardır.

Çox təəssüf ki, terrorizm və ekstremizmlə mübarizədə səmavi dinlərin mənəvi-əxlaqi dəyərlərindən yetərincə istifadə olunmadığını, bir çox hallarda isə dini təbliğat öz formalarını aşaraq təhrik və təzyiq ideologiyasına çevrildiyini deyən şeys vurğulayıb ki, millətçi ekstremizmin və separatçı terrorizmin acı qurbanları siyahısında Azərbaycanın qonşu Ermənistan tərəfindən işğal olunan 20 faiz ərazisi, bir milyona yaxın yurdlarından zorla çıxarılan qaçqın ordusu var: "Millətçi ekstremizm bizim üzləşdiyimiz terrorizmin yeganə forması deyil. Bu gün xaricdən maliyyə dəstəyi alan, məqsədi dövlətin sabitliyini, vətəndaş həmrəyliyini pozmaq olan dini-siyasi ekstremizm də Qafqaz xalqları üçün böyük təhlükə yaratmağa başlayıb. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq həm regional, həm də qlobal səviyyədə həyata keçirilir və Azərbaycan dövləti regiondakı qonşularla hərtərəfli münasibətlər qurulmasına böyük əhəmiyyət verir".

H.A.Paşazadə qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 ili ərzində siyasi, iqtisadi, sosial nailiyyətlərlə yanaşı, qazanılan ən böyük uğurlardan biri də dini-mənəvi sabitlikdir. Onun sözlərinə görə, bütün sahələrdə olduğu kimi mənəvi sahədə də Azərbaycanla-Rusiya arasında qarşılıqlı münasibətlər mövcuddur.

"Ulu öndər Heydər Əliyevin ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dovlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini-mənəvi dıyırlırin qorunmasında müstəsna xidmətlər göstərib. Hazırda prezident İlham Əliyev din-dövlət münasibətlərinin möhkəmlənməsinə, tolerantlıq ənənəılərinin inkiaşfına və bölgə xalqlarının rifahına yüksək qiymət verir, siyasət uğurla davam etdirilir. Qafqazın əmin-amanlığı, rifahı bizim hər birimiz üçün böyük əhəmiyyət kəsb edir. Həm Azərbaycanda, həm də Şimali Qafqaz respublikalarında dini və müqəddəs yerlərə yaxşı münasibətin, diqqətin olması vacibdir. Müqəddəs məkanlar təmir və bərpa olunur. Yeni təhsil müəssisələri açılır. Mən Çeçenistanda, Dağıstanda, İnquşetiyada olanda bunun şahidi olmuşam", - deyə o əlavə edib.

Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da çıxışında Azərbaycanın Cənubi Qafqaz regionunda ən zəngin etnik, tolerant ölkə olduğunu deyib. Onun sözlərinə görə, bu bölgədəki ölkələr arasında dostluq, dini tolerant münasibətləır mövcuddur. Ə.Həsənov Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gələndən sonra ilk növbədə tolerantlıq siyasəti yürütməyə başladığını deyibvurğulayıb: "Azərbaycan çox mədəniyyətli və çox dinli respublikadır. Lakin ermənilər Azərbaycan torpaqlarını işğal etməklə etnik separatizm siyasəti aparırlar: Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox etnik və dini separatizmə məruz qalan ölkələrdən biridir. Bunun ən bariz nümunələrindən biri Ermənistanın Azərbaycana qarşı etnik separatizminin bu gün də davam etməsidir. Erməni təcavüzü nəticəsində minlərlə azərbaycanlı öz yurd-yuvalarından didərgin düşüb və soydaşlarımız işgəncələrə məruz qalıblar. Ermənistanın bu təcavüzkarlığı nəticəsində erməni xalqının özü də dünyanın qlobal inkişafından geridə qalır. Azərbaycanda yaşayan hər bir xalqın dini, mədəniyyəti, etnik məsuliyyəti Azərbaycanın zənginliyidir, varlığıdır. Bu dinlərin yaşadılması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərdən biridir".

Tədbirin davamında çıxış edən qonaqlar "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusu ətrafında öz fikirlərini bölüşüblər. Daha sonra Azərbaycan və Rusiya Federasiyası din xadimləri və ilahiyyatçıları birgə bəyanat qəbul ediblər. Bəyanatda qeyq olunur: \"Biz, görüş iştirakçıları - Azərbaycan Respublikası və Rusiya Federasiyasının din xadimləri və ilahiyyatçıları - dinlər və konfessiyalar arasında qarşılıqlı ehtiramın qorunub saxlanması naminə tərəfdaşlığın dərinləşməsinə, terrorizm və ekstremizmin yayılmasının qarşısının alınmasına hazır olduğumuzu ifadə edərək birgə bəyanatla çıxış edirik. Biz siyasi, iqtisadi, sosial, dinlərarası, millətlərarası və digər problemlərin həll vasitəsi kimi terrorizm və zor işlədilməsini qətiyyətlə pisləyir və onun qəbuledilməz olduğunu bəyan edir, MDB-nin bütün əhalisini və dindarları terrorizmi, onun bütün təzahürlərini pisləməyə və bütün dinlərin sülhpərvər ehkamlarına birmənalı şəkildə əməl etməyə çağırırıq\".

Bütün xəbərlər Facebook səhifəmizdə