ABŞ-ın Florida ştatında 33 il əvvəl bir polisi öldürdüyü üçün barəsində ölüm hökmü çıxarılan məhkum zəhərli iynə ilə edam edilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Manual Vella adlı məhkum Gables şəhərində 1978-ci ildə qırmızı işıqda gözləyən polis avtomobilinə atəş açaraq polis nəfəri Luis Penanı öldürdüyü üçün haqqında edam hökmü verilib.
Vella, Floruda ştatında ABŞ-da yeni istifadə olunmağa başlanan öldürücü dərman kombinasiyası ilə edam edilən ilk məhkumdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB