2012-ci ildə Yerevan Dövlət Universitetində "Qafqazşünaslıq" kafedrasının açılması planlaşdırılır. Yeni kafedrada erməni tarixi ilə yanaşı Azərbaycan və Gürcüstan tarixi də tədris olunacaq.
SİA-nın "Qafqazskiy uzel" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Dövlət Universitetinin rektoru Ayrapet Markaryan bildirib ki, ilkin mərhələdə Azərbaycan, Gürcüstan və Dağıstanın yerləşdiyi ərazisinin tarixi öyrəniləcək. Eyni zamanda kafedrada tələbələrə Azərbaycan dili, tarixi tədris olunacaq və Azərbaycanda islam haqda məlumat veriləcək".
A. Markaryan Azərbaycan dilinin tədrisində Azərbaycandan olan köçünlərin biliklərindən istifadə olunduğunu da deyib.Qeyd edək ki, 2010-cu ildən Azərbaycan Dövlət Universitetində isə Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyət göstərir. Mərkəz ermənilərin apardığı antiazərbaycan fəaliyyətinin qarşısını almağa, Azərbaycan həqiqətlərini ortaya qoymağa, Ermənistanın aqressiv bir dövlət olduğunu dünyaya çatdırmağı qarşıya məqsəd qoyub.
Qeyd edək ki, Azərbaycanda Erməni Araşdırmaları Elmi Mərkəzi yaradılması xəbəri həmin dövrdə Ermənistana birmənalı qarşılanmamışdı. Ermənistanın KİV-i bu xəbəri geniş müzakirə edərək, mərkəzə rəhbərlik edən araşdırmacı - jurnalist Qafar Çaxmaqlını təhlükəli adam və ermənilərə qarşı təbliğat kampaniyasını aparmaqda suçlandırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB