Təxminən ay yarım bundan əvvəl bazarda 1 kiloqramı 6 manata olan sümüklü mal ətinin qiyməti indi 8 manat 50 qəpiyə, 1 kq qoyun ətinin qiyməti isə 7 manatdan 9 manata qalxıb. SİA-nın xəbərinə görə, bu bizneslə məşğul olanlar ətin bahalaşmasının səbəbini müxtəlif cür izah etməyə çalışırlar. Kimi bahalaşmanı ölkədə mal-qara qıtlığının yaranması, kimi ət satışı obyektlərinin qeyri-rəsmi ödənişlərinin çoxalması, kimi yemin bahalaşması nəticəsində ətin maya dəyəri artması, kimi də Gürcüstandan ölkəmizə ət ixracının dayandırması ilə izah edir.
Ət bazarında yaranmış vəziyyət əhalinin də ciddi narahatlığına səbəb olub. Onların sözlərinə görə qiymətlərin baha olması alınan məvaciblə üst-üstə düşmür. Belə olan təqdirdə qiymətlərin yüksələn templə indən sonra artacağı da istisna olunmur.
Xatırladaq ki, Kənd Təsərrüfatı Naziri İsmət Abbasov jurnalistlərlə verdiyi müsahibədə ətin qiymətinin artırılması üçün heç bir əsasın olmadığını bildirmişdi. Onun sözlərinə görə, ətin qiymətini süni şəkildə artıranlar cinayət məsuliyyətinə cəlb olunmalıdır: "2011-ci ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsulları 9,4 faiz, o cümlədən heyvandarlıq məhsulları 4,2 faiz artıb. "Göründüyü kimi, bütün növ kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb. Bu səbəbdən də kənd təsərrüfatı məhsullarının qiymətlərində, əksinə enmə müşahidə edilməlidir", - deyə nazir qeyd edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB