Səlim Müslümov DSMF-in Gəncə şəhər Nizami rayon şöbəsinin açlış mərasiminə qatılıb

Səlim Müslümov DSMF-in Gəncə şəhər Nizami rayon şöbəsinin açlış mərasiminə qatılıb

Gəncədə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinin açlış mərasimi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə fondun sədri Səlim Müslümov da iştirak edib. Ölkədə gedən iqtisadi inkişafa toxunan tədbir iştirakçıları bildirib ki, iqtisadi göstəricilərin artımı nəticə etibarı ilə əhalinin xüsusi ilə təqaütə çıxan insanların pensiyalarının da artımına müsbət təsir göstərir. Bu da sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edən başlıca amillərdən biridir. Rəsmi hissənin adından rəmzi qırmızı lent kəsilib. Səlim Müslümov yaradılan şəraitlə tanış olub. Dövlət Solial Müdafiə Fondunun sədrinə məlumat verilib ki, bina ən müasir standartlar çərçivəsində inşa edilib. Burada təxminən 65 min şəxsə xidmət göstəriləcək. Yeni şöbələrin əsaslı şəkildə qurulması həm də sürətli elektron xidmətlərin təşkili üçün də mühüm önəm daşıyır.

Səlim Müslümovun fikirincə, şöbələrin istifadəyə verilməsi bölgələrdə yaşayan hər bir kəsin istədiyi vaxt rahat şəktildə elektron hesabını açaraq orada ona məxsus məbləğin dəyərini öyrənməyə imkan verəcək. Ayrıca pensiya yaşı çatan vətəndaşlarda şöbənin elektron sistemindən təqaüdə çıxmaq istəmələri haqqında bir başa mərkəzə ərizə ilə müraciət edə biləcəklər. Bu da əlavə vaxt itgisinin qarşısını alan amillərdəndir.

Açlış mərasiminin ardından Səlim Müslümov Azərbaycan Dövlət Aqrar Uqniversitetində keçirilən elmi praktiki konfransda iştirak edib. Komitə sədri "Müstəqil Azərbaycan Respublikasının sığorta pensiya siyasəti" mövzusunda məruzə ilə çıxış edib. Konfransda ölkədə aparılan pensiya islahatlarının bu günkü durumu, həyata keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb. Bununla da Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun Gəncəyə səfəri başa çatıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə