Sentyabr ayında millət vəkili Fuad Muradov Milli Məclisin qəbul otağında 15 nəfər seçicisini qəbul edərək, onları narahat edən məsələləri və problemləri dinləyib. Bu görüşədək millət vəkili hər ay öz seçicilərini qəbul etmişdi.
SİA-nın deputatın mətbuat xidmətindən aldığı məlumata görə, bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət ediblər. Bunlar arasında qanunsuz qeydiyyatdan çıxarma, işsizliklə bağlı, mənzil məsələsi, imkansızlıqla bağlı, kommunal problemlər, vətəndaşın mənzil məsələsi, pasport qeydiyyatı, işə bərpa, şəxsi və digər sosial və hüquqi məsələlər yer alıb.
Deputat seçicilərə bildirib ki, bütün məsələlər diqqət mərkəzində saxlanılacaq və ən qısa müddət ərzində həllini tapacaqdır. Biz hər ay sizinlə görüşlər keçiririk. Çalışırq ki, sizi narahat edən məsələləri həll edək.
Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verib. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB