Bölgələrdə sosial-sığorta haqlarının yığımının 100 faizə çatdırılması qarşıda duran ən başlıca məsələdir". SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu fikirləri Gəncəyə səfəri çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, yerlərdə bu sahədə vəziyyət elə də ürək açan deyil.
"Bu gün təqaüdlərin artırılması yönündə əlavə tədbirlər görülür. Ancaq pensiyaların artımını təşkil etmək üçün ölkədə yaşayan şəxslərin sosial sığorta haqlarını ödəməsi başlıca şərtdir. Rəsmi araşdırmalar göstərir ki, Gəncə şəhəri başda olmaqla, digər rayonlarda da bu istiqamətlə vəziyyət elə də ürək açan deyil. Vətəndaşların gələcək pensiyaları sosial sığorta haqlarının yığılmasından asılıdır. Odur ki, mən yerlərdəki qurumların rəhbərlərinə tapşırıqlarımı vermişəm",-S. Müslümov deyib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB