Sosial Müdafiə Fondunun Gəncədə yeni şöbəsi açıldı

Sosial Müdafiə Fondunun Gəncədə yeni şöbəsi açıldı

Gəncədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nizami rayon Şöbəsinin yeni binasının açılış mərasimi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə fondun sədri Səlim Müslümov da iştirak edib.

Tədbirdə vurğulanıb ki, ölkədə iqtisadi göstəricilərin yüksəlişi əhalinin gəlirlərinin, xüsusilə pensiyaçıların təqaüdlərinin artmasına müsbət təsir göstərir. Bu da sözügedən kateqoriyadan olan insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən başlıca amillərdən biridir.

Rəsmi hissənin ardından rəmzi olaraq qırmızı lent kəsilib. Qonaqlar yeni binada yaradılan şəraitlə tanış olublar.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə