“Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək”

“Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək”

"Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək" layihəsi yekunlaşmaq üzrədir. Layihənin rəhbəri Rasim Ağayevin SİA-ya verdiyi xəbərə əsasən, 6 ay davam edən layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun regionlarda peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün gənclərdə peşə təhsilinə həvəs oyatmağı və texniki-peşə təhsilinin nüfuzunun qaldırılmasını nəzərdə tutub. O bildirib ki, bir neçə mərhələdən ibarət olan layihə çərçivəsində texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, region gənclərində texniki peşə təhsilinə həvəsin oyadılması, texniki peşə təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi və texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilib.

"Texniki-peşə təhsilinə maraq və ehtiyac zamanla atır. Təbii ki, bu işdə bizim layihənin də xüsusi rolu var. Görülən işlərə baxmayaraq, biz bu fəaliyyətləri dayandırmaq fikrində deyilik. Yaxın vaxtlarda texniki-peşə təhsili sahəsində virtual imkanların yaradılması, beynəlxalq təcrübə mübadilələrinin təşkili və s. fəaliyyətlərin reallaşdırılmasına səy göstəririk. Beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində əsasən Avropa ölkələrinin texniki-peşə təhsili istiqamətində konsepsiyaları, gördükləri işlər, əldə etdikləri uğurlar və s. haqqında öyrənilərək, ölkəmizdə tətbiq edilməsi üçün təkliflər hazırlanmaqdadır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə