Hər il mart və oktyabrın son bazar günləri saatların əqrəbi 1 saat irəli və ya geri çəkilir. Xəbər verdiyimiz kimi, bu il məlum proses oktyabrın 30 - na təsadüf edəcək.
Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, hər il olduğu kimi oktyabrın son bazar gününə keçən gecə qış vaxtına keçiriləcək və saatlar bir saat geri çəkiləcək.
Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli bildirdi ki, Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı ilə Azərbaycanda yay və qış vaxtına keçilməsi məsələsi müəyyənləşdirilib: "Hər il mart və oktyabr ayının son bazar günləri elektrik enerjisinə qənaət etməklə iş günündən daha səmərəli istifadə üçün saatların əqrəbi 1 saat irəli və ya geri çəkilir. Saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və qaza qənaət etməyə imkan verir".
Bir müddət əvvəl saatların əqrəblərinin geri və qabağa çəkilməsinin ləğv olunacağı ilə bağlı məsələ gündəmə gəldi. Bəzi ekspertlər bunun lazım olmadığını və dünyanın bir çox dövlətlərində ləğv olunduğunu bildirirlər. Ancaq saat əqrəblərinin çəkilməsini zəruri hesab edənlər də az deyildi. Onlar yay və qış vaxtına keçidin çox iqtisadi baxımdan gərəkli olduğunu bildirir. Belə ki, saat əqrəblərinin qabağa və geri çəkilməsi elektrik enerjisinə qənaət etmək məqsədi daşıdığı bildirilir.
İqtisadi Araşdırmalar Mərkəzindən də məsələyə münasibət öyrəndik. Qurumdan bildirildi ki, saatların əqrəbinin geri və ya irəli çəkilməsi üsulundan bir sıra dünya dövlətlərində istifadə edilir. Bu əsasən iqtisadiyyatı güclü olan dövlətlərdə reallaşdırılır. Çünki həmin dövlətlərdə enerjidən çox istifadə olunur və vaxtı tənzimləmək üçün Sovet məkanında da bu üsuldan istifadə olunurdu və post sovet ölkələrinin əksəriyyətində hələ də tətbiq olunur.
Qeyd edək ki, saatların çəkilməsinin ayın son həftəsinin bazar gününə salınması təsadüfi deyil. Bu insanlar saatların dəyişməsinə çox vaxt öyrəşə bilməməsi ilə əlaqədardır. Proses bazar günü həyata keçirildikdə isə, yeni rejimə öyrəşmək daha asan olur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB