“Səs” qəzetinin redaksiyasında “Müstəqil Azərbaycan - 20” mövzusunda dəyirmi masa keçirilib

“Səs” qəzetinin redaksiyasında “Müstəqil Azərbaycan - 20” mövzusunda dəyirmi masa keçirilib

"Səs" qəzetinin redaksiyasında "Müstəqil Azərbaycan - 20" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, "Səs" qəzeti ölkə üçün tarixi əhəmiyyəti olan günlərlə bağlı, aktual məsələlərlə əlaqədar hər zaman dəyirmi masalar təşkil edir və bu artıq ənənə halını alıb. Onun sözlərinə görə, bu gün də ən aktual mövzu müasir, müstəqil Azərbaycanımızın 20 illiyidir.

B.Quliyev daha sonra müstəqilliyimizin ilk illərində ölkədə yaranan anarxiyadan, kürsü uğrunda gedən mübarizədən, özbaşınalıqlardan və digər tarixi hadisələrdən danışıb.

Dəyirmi masada Milli Məclisin deputatı Adil Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, politoloqlar Cümşüd Nuriyev, Elman Nəsirli, ADPU-nun dossenti Nazir Əsədov çıxış ediblər.

Tədbirdə müstəqilliyimizin əldə olunmasında ümummilli lider Heydər Əliyevin rolundan danışılıb.

Qeyd olunub ki, müstəqilliyin qorunub saxlanılması, onun qazanılmasından qat-qat çətindir. 1993-cü ildə xalqımızın qanı bahasına qazanılan müstəqillik itirilmək təhlükəsi ilə üzləşib. Yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizi nəinki qorudu, onu möhkəmləndirdi və inkişaf etdirdi.

Çıxışlarda bildirilib ki, mövcud siyasəti çox böyük uğurla davam etdirən prezident İlham Əliyev müstəqilliyimizin tarixində əsaslı nailiyyətlərə və uğurlara imza atıb. Bu gün Azərbaycan regionda ən qüdrətli dövlətdir.

Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına böyük inam ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com