İranın quş məhsullar təhlükəlidir - XƏBƏRDARLIQ

İranın quş məhsullar təhlükəlidir - XƏBƏRDARLIQ
"Quş qripi" virusu yenidən gündəmdədir. İranın Mazandaran vilayətində "quş qripi" nin aşkarlanması yerli əhalinin də narahatlığına səbəb olub. Bəs görəsən qonşu ölkədə yaranmış problemdən sonra ölkəyə quş ətinin idxalı dayandırılacaq ya yox?
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirdi ki, hələ ki, İranda "quş qripi" virusunun aşkarlanması ilə bağlı xidmətə rəsmi məlumat daxil olmayıb: "Ona görə də, rəsmi qadağa tətbiq edilməyib. Ancaq qonşu dövlətdə epizootik vəziyyət sabitləşənə qədər iş adamlarına İrandan quş əti və quşçuluq məhsulları gətirilməsi ilə bağlı xəbərdarlıq edilib".
Y.Xanvəli bildirdi ki, sərhəd və gömrük keçid məntəqələrinə vəziyyət hər zaman nəzarətdədir. Ölkəyə idxal edilən qida məhsullarının sanitariya tələblərə uyğun olub-olmadığı yoxlanılır və heç bir şübhəli məqam olmadıqda ölkə ərazisinə keçirilməsinə icazə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə