Bakı – Sumqayıt arası sürətli tramvay xətti üçün estakada tikiləcək

Bakı – Sumqayıt arası sürətli tramvay xətti üçün estakada tikiləcək
Azərbaycanda intellektual idarəetmə sistemi vasitəsilə sürətli tramvayların hərəkəti üçün estakada tikilə bilər. Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, bu məsələ hələlik müzakirəyə çıxarılmasa da, zərurət yaranarsa məsələ hökumət səviyyəsində müzakirə oluna bilər: "Əgər Nazirlər Kabineti təklifi qəbul edərsə, gələcəkdə Bakı Beynəlxalq Avtovağzalından Sumqayıtadək sürətli tramvayın hərəkəti üçün estakada inşa ediləcək. Tramvay Bakı – Sumqayıt - Bakı marşrutu üzrə hərəkət edəcək.

Qeyd edək ki, sürətli tramvaylardan dünyanın bir çox ölkələrində istifadə olunur. Bu nəqliyyat vasitələri sürətli olmaqla yanaşı, həm də, ekoloji baxımdan təmizdir. Sürətli tramvayların üstün cəhətlərindən biri də odur ki, onlar insan iştirakı olmadan idarə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə