AMEA Naxçıvan Bölməsində Bioresurslar İnstitutunun Biokimyəvi Tədqiqatlar laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Vahid Quliyevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev alimin yüksək insani keyfiyyətləri, еlmi fəаliyyəti və еlmi-tədqiqаt işlərində əldə еtdiyi nаiliyyətlər haqda ətrаflı məlumat verib. Ömrünün 40 ildən çoxunu elmi-tədqiqat işlərinə həsr edən yubiliyarın daima öz üzərində çalışdığını, işində məsuliyyətli olduğunu söyləyən İ.Hacıyev onun elmi əsərlərinin nəinki respublika ictimaiyyətində, xarici ölkələrdə də tanındığını bildirib: "Ölkəmizdə, hətta ölkəmizdən kənarda da bu gün alimin elmi əsərlərinə istinad edənlər var. Vahid Quliyevin elmi fəaliyyəti bugünkü gənc elmi işçilər üçün bir örnəkdir".
Çıxışının sonunda akademik İsmayıl Hacıyev görkəmli alimi təbrik edib, onu elmin inkişafındakı xidmətlərinə görə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edib.
Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri dоktоru Bayram Rzayev "Kimya üzrə fəlsəfə doktoru Vahid Quliyevin ömür yоlu, elmi və təşkilati fəaliyyəti" adlı məruzə ilə çıxış edib.
Tədbirdə Biоresurslar İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə, Təbii Ehtiyatlar İnstitutunun direktоru, kimya elmləri dоktоruƏliəddin Abbasоv, yazıçı-publisistƏbülfəz Əsgərli, Naxçıvan Dövlət Universitetinin dоsenti, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoruYaşar Əkbərovvə başqaları çıxış edərək yubilyarı təbrik etdilər, Azərbaycan elminin gələcək inkişafı yolunda ona yeni-yeni uğurlar arzulayıblar.
Sonda çıxış edən V.Quliyev ona göstərilən diqqət və ehtirama görə tədbir təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Tədbirdə alimin elmi fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB